Milli Məclis Novruz bayramı münasibətilə Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib.
"Unikal" xəbər verir ki, Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən iclasında Novruz bayramı münasibətilə Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya təbrik məktubunun ünvanlanmasını təklif edib.
Deputatlar sədrin təklifinə dəstəklərini alqışlarla bildiriblər.