Gürcüstanın Baş naziri İrakli Kobaxidze sabah Azərbaycana rəsmi səfərə gələcək.
"Unikal" xəbər verir ki, məlumatı Baş nazirin mətbuat xidməti yayıb.
Bildirilib ki, İrakli Kobaxidze Prezident İlham Əliyev tərəfindən qəbul ediləcək.
Məlumata görə, təkbətək və geniş tərkibdə keçiriləcək görüşlərdən sonra liderlərin mətbuata birgə bəyanatı olacaq.
Qeyd olunub ki, rəsmi səfər çərçivəsində İrakli Kobaxidze Baş nazir Əli Əsədovla da görüşəcək.
Gürcüstan nümayəndə heyəti ümummilli lider Heydər Əliyevin məzarını, həmçinin Şəhidlər xiyabanını ziyarət edəcək.
Gürcüstan Baş nazirini səfərdə onun birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili, həmçinin xarici işlər naziri İliya Darçiaşvili müşayiət edəcək.