Ağdaşda 3 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanıb.
DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan "Unikal"a bildirilib ki, martın 16-sı saat 22 radələrində Adil Qasımov idarə etdiyi “Mercedes” markalı yük avtomobili ilə Ağdaş rayonunun Ləki qəsəbəsi ərazisində hərəkətdə olarkən yolun kənarında dayanan 2 “ Ford” markalı yük avtomobili ilə toqquşub.
Hadisə nəticəsində hər iki “Ford”un sürücüsü, 1980-ci il təvəllüdlü Ağəmmədov Yasin Sədyar oğlu və 1991-ci il təvəllüdlü Əlizadə Rəşad Ədalət oğlu, eləcə də orada olan 1982-ci il təvəllüdlü Qarayev Yaşar Maarif oğlu aldıqları xəsarətlərdən hadisə yerində vəfat ediblər.
xxx
01:03
Ağdaşda ağır avtomobil qəzasında dünyasını dəyişən şəxslərin kimliyi məlum olub.
"Unikal"ın məlumatına görə, 1989-cu il təvəllüdlü Qəbələ rayon Uludaş kənd sakini Baləmmədov Yasin Sədiyyar oğlu, Əliyev Rəşad Ədalet oğlu və Qarayev Yaşar Maarif oğlu hadisə yerində dünyasını dəyişiblər.
Bundan başqa Qəbələ rayon sakini 1989-cu il təvəllüdlü Ağammədov Teymur Yarəmməd oğlu ağır bədən xəsarətləri alıb.
Ağdaş rayon Mərkəzi xəstəxanasına yerləşdirilən şəxsin vəziyyətinin orta ağır olduğu bildirilir.
***
23:21
Ağdaşda ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.
"Unikal"ın məlumatına görə, qəza Bakı-Qazax magistral yolunun rayonun ərazsindən keçən hissəsində qeydə alınıb.
Hərəkətdə 3 yük maşını toqquşub. İlkin məlumata görə 3 nəfər hadisə yerində ölüb, yaralıların olduğu bildirlir.
Tural Əhmədov