Gözəllik anlayışı bəşər tarixində həmişə maraq mövzusu olub. Dr. Julian De Silvanın rəhbərlik etdiyi qrup dünyanın ən cazibədar kişilərini müəyyən etmək üçün qızıl nisbətdən istifadə edərək araşdırma aparıb. Qızıl nisbət riyazi anlayış olsa da, üz cizgilərinin estetik mükəmməlliyinin müəyyən edilməsində mühüm rol oynayır.
"Unikal" bu araşdırmanın nəticələrinə görə dünyanın ən yaraşıqlı kişiləri təqdim edir:
1. Robert Pattinson
Elmi araşdırmalara görə, Robert Pattinson dünyanın ən mükəmməl kişisi adını qazanıb. Klassik üz forması və kəskin çənə xətti sayəsində bütün üz xüsusiyyətlərinə görə ilk yeri tutub.
2. Henri Kavill
Henri Kavillin qüsursuz üz cizgiləri Dr. Silvanın da diqqətini çəkib. Qiymətləndirməyə görə, Kavill burnu ilə dodaqları və göz mövqeyi arasındakı harmoniya baxımından çox yaxşı nisbətə malikdir.
3. Bredli Kuper
Bredli Kuper 91,08 faiz nisbətində demək olar ki, mükəmməl üz xüsusiyyətlərinə malikdir. Dr. De Silvanın qiymətləndirməsində o, qızıl nisbət qiymətləndirməsində göz mövqeyi, dodaqları və çənəsinə görə yüksək bal alsa da, burnu və üz formasına görə balı azalıb.
4. Bred Pitt
Hollivud dünyasının ən tanınmış aktyoru olan Bred Pitt 90,51 faiz qızıl nisbətlə siyahıda dördüncü yerdədir. Kişiyə xas üz cizgiləri və gülümsədikdə qırışan gözləri ilə birləşməsi onu Hollivudun ən cazibədar kişilərindən birinə çevirir. Burnundakı bucağa görə qızıl nisbət dəyəri azalan Pittin ən diqqət çəkən xüsusiyyətinin gözləri olduğu təyin olunub.
5. Corc Kluni
Corc Kluninin üz sümükləri onu digər kişilərdən fərqləndirən cəhətlərdən biridir. Ancaq alnının eninə görə 89,91 faiz qızıl nisbətə malikdir.
6. Hyu Cekman
Yaşlandıqca yaraşıqlılığı ilə daha çox diqqət çəkən adlar arasında olan Hyu Cekman qızıl nisbət qiymətləndirməsində yüzdə 89,64 nəticə əldə edib. Burnunun formasına görə ən yüksək balı toplayan Cekman dodaqları və gözləri arasındakı boşluğa görə reytinqin sonunda yer alıb.
7. Devid Bekhem
Məşhur futbolçu Devid Bekhem 88,96 faizlə yeddinci yerdədir. Simmetrik üz, güclü çənə xətti və yüksək yanaq sümükləri ilə demək olar ki, üzündə bütün cazibədar xüsusiyyətlər var. Qızıl nisbətə görə burnu və dodaq genişliyi ilə yüzdə 99 nisbətinə sahib olan Bekhem, bu xüsusiyyətlərdə araşdırmada öndə gedən addır.
8. İdris Elba
Aktyor İdris Elba 2013-cü ildə Essence tərəfindən "İlin ən seksual adamı" və 2018-ci ildə "People" jurnalının "Yaşayan ən seksual adamı" titullarını qazandıran müəyyən, kvadrat çənə və "ovçu gözlərə" malikdir. Qızıl nisbətə görə çənəsinin ən yaxşı xüsusiyyəti olduğu müəyyən edilsə də, burnu araşdırmada ən aşağı bal toplayıb. Qızıl nisbətə görə Elbanın faizi yüzdə 88-dir.
9. Rayan Qoslinq
87,48 faizlə doqquzuncu yerdədir. "Barbie" və "The Notebook" ilə tanınan Qoslinq xüsusilə üçbucaqlı üz forması, dərin mavi gözləri və rahat rəftarı ilə diqqət çəkir. Qızıl nisbətə görə, burnu və çənəsi onun ən yaxşı xüsusiyyətləri hesab olunur.
Gülayə Mecid