NATO-nun baş katibi Yens Stoltenberq Gürcüstan paytaxtında keçirdiyi mətbuat konfransında Tbilisi ilə Bakını səhv salıb.
"Unikal" xəbər verir ki, Stoltenberq Gürcüstanın baş naziri İrakli Kobaxidze ilə görüşündə deyib:
“Bakıya qayıtmaq və yenidən burada olmaq xoşdur, çünki bu, bizim Gürcüstan və NATO arasında tərəfdaşlığa nə qədər dəyər verdiyimizi göstərir”., - deyə Stoltenberq səhvinin fərqinə varmadan deyib.
Nə Gürcüstanın baş naziri, nə jurnalistlər, nə də NATO nümayəndə heyətinin üzvləri onun səhvinə düzəliş ediblər.
Stoltenberq martın 17-dən Cənubi Qafqaz ölkələrinə səfərinə Azərbaycandan başlayıb və səfərini martın 19-da Ermənistanda yekunlaşdıracaq.