Martın 21-22-də keçiriləcək Avropa İttifaqı (Aİ) dövlət başçılarının sammitində yeni genişlənmə üçün zəruri olan Aİ islahatları müzakirə olunacaq.

"Unikal" xəbər verir ki, bu barədə Avropa Şurasının rəhbəri Şarl Mişel sammit iştirakçılarına dəvət məktubunda yazıb.

"Biz həm Aİ-nin, həm də gələcək üzv dövlətlərin genişlənməyə hazır olmasını təmin etmək üçün bu iki yolun paralel olaraq davam etdirilməli olduğunu başa düşərək, yeni genişlənmə və Aİ islahatlarına hazırlıqları nəzərdən keçirəcəyik", - deyə Ş.Mişel bildirib.

Mənbələrə görə, islahatların mahiyyəti Avropa Komissiyasının və digər Brüssel Aİ təsisatlarının səlahiyyətlərini genişləndirməkdən ibarətdir.