Lənkəranda 22 yaşlı qız dəm qazından ölüb.
"Unikal" report-a istinadən xəbər verir ki, hadisə rayonun Yuxarı Nüvədi kəndində baş verib.
Belə ki, kənd sakini 22 yaşlı Səkinə Balağa qızı Məmmədova vanna otağında huşunu itirib.
Ailə üzvləri S.Məmmədovanı ağır vəziyyətdə aşkar ediblər. Gənc qadın Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılana qədər yolda dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.