İndoneziyanın Sumatra adasının sahillərində 5,3 bal gücündə zəlzələ qeydə alınıb.
"Unikal" xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Zəlzələnin episentri təxminən 70 min nəfər əhalisi olan Paqar Alam şəhərindən 83 kilometr cənub-qərbdə olub.
İtki və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi elan olunmayıb.