Crocus City Hall-da baş vermiş terror aktı nəticəsində dəymiş ziyan hər kvadratmetr üçün 250-300 min rubla yaxındır.  

"Unikal" xəbər verir ki, bunu Ticarət Mərkəzləri İttifaqının vitse-prezidenti Marat Manasyan deyib. 

Onun sözlərinə görə, konsert zalının sahəsi 38 min kvadratmetrdir: "Zərərin miqdarı 9,5-11,4 milyard rubl arasında qiymətləndirilə bilər.

Həmçinin zədələnmiş konsert avadanlığının bərpası tələb olunacaq. İtirilənlərin əksəriyyəti sanksiyalara görə Rusiyaya verilmir və paralel idxal yolu ilə və ya digər istehsalçıların avadanlıqları ilə əvəz edilməsi tələb olunacaq".

Qeyd edək ki, sözügedən konsert zalı azərbaycanlı iş adamı Araz Ağalarov və onun oğlu müğənni Eminə məxsusdur. 

Ağarza Elçinoğlu