Xəbər verdiyimiz kimi, Ukrayna vətəndaşı olan qadın Bakıda əri tərəfindən 5 bıçaq zərbəsi alaraq ağır yaralanıb.
"Unikal"ın məlumatına görə, qadın müalicə aldığı xəstəxanadan sığınacağa yerləşdirilib.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, fakt Abşeron RPİ-nin İstintaq Şöbəsində nəzarətə götürülərək Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.
Zərərəçəkənin xəsarətlərinin dərəcəsinin müəyyən edilməsi məqsədilə ekspertiza təyin olunub.
Araşdırmalar davam etdirilir.