Lerikə istirahətə gedən Bakı şəhər sakinləri qidadan zəhərləniblər.
"Unikal" xəbər verir ki, Lerikdə istirahət mərkəzlərində istirahətdə olan Bakı şəhər sakinləri qidadan zəhərləniblər. Zəhərlənənlərdən 6-sı azyaşlı olmaqla ümumilikdə 11 nəfər Lənkəran rayon mərkəzi xəstəxanasının acil şöbəsinə çatdırılıb. İlkin ehtimala görə, zəhərlənən şəxslər özləri ilə gətirdikləri ərzaqdan zəhərləniblər.
Xəstəxanadan verilən məlumata görə Bakı şəhər sakinləri olan 3 ailənin üzvləri
1992 – ci il təvəllüdlü Nihat Elman oğlu Xəlilzadə
1991 – ci il təvəllüdlü Firuzə Polad qızı Xəlilzadə
2018 – ci il təvəllüdlü Elman Nihat oğlu Xəlilzadə
2014 – cü il təvəllüdlü Mədinə Nihat qızı Xəlilzadə
1993 – cü il təvəllüdlü Arzu Ələskər qızı Hənifəyeva
1990 – cı il təvəllüdlü Səbinə Canbulaq qızı Hənifəyeva
2020 – cı il təvəllüdlü Milay Cavid qızı Hənifəyeva
2016 – cı il təvəllüdlü Elnur Cavid oğlu Hənifəyev
1987 – ci il təvəllüdlü Cavid Canbulaq oğlu Hənifəyev
2012 – ci il təvəllüdlü Könül Elçin qızı Cənnətalıyeva
2018 – ci il təvəllüdlü Yusif Elçin oğlu Cənnətalıyevə ilkin tibbi yardım göstərilib.