Azərbaycan və Ermənistan parlamentlər səviyyəsində təmaslara başlayacaq.
"Unikal" xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan İctimai Televiziyaya müsahibsəində bildirib.
“Dedim ki, bu məsələni fraksiyamız və komandamızla müzakirə etməliyəm. O da 9 Sahibə Qafarova - red.) bu məsələni ölkəsində müzakirə etməyə hazır olduğunu bildirdi və biz növbəti görüşlə bağlı razılığa gəldik”, - deyə erməni spiker bildirib.
Onun sözlərinə görə, Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova ilə növbəti görüş böyük ehtimalla mayın ortalarında baş tutacaq.