Salyan rayonunda mikroavtobus və minivanın toqquşması zamanı xəsarət alan digər yaralıların da adları məlum olub.

"Unikal" xəbər verir ki, Ələt-Astara avtomobil yolunun Babazanlı qəsəbəsi ərazisində qeydə alınan qəza zamanı xəsarət alan digər səkkiz nəfər - Cəbiyev İntiqam, Gözəlov Adıgözəl, Əliyev Zamiq, Əliyev Cənnətalı, İbrahimov Cavad, Həsənov Şəfayət, Rəhmanov İbrahim, İsmayılov İsmayıl adlı şəxslərdir.

*** 20:46

Salyan rayonunda yol nəqliyyat hadisəsi baş verib, mikroavtobus və minivan tipli nəqliyyat vasitələrinin toqquşması nəticəsində xəsarət alanlar olub.

"Unikal" xəbər verir ki, hadisə Ələt-Astara avtomobil yolunun Babazanlı qəsəbəsi ərazisində qeydə alınıb.

"Ford” markalı mikroavtobus və “Mercedes Vito” markalı nəqliyyat vasitəsi toqquşub. Qəza zamanı xəsarət alanlar - Qafarov Elnur, Səmədov Samid, Eldarov Davud və Həsənov Cəmil Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.