Türkiyənin İzmir şəhərində ailə faciəsi baş verib.

"Unikal" xəbər verir ki, Umut Akbaş adlı şəxs iki azyaşlı qızını silahla vurub, daha sonra intihara cəhd edib. 

Silah səslərini eşidən qonşular polisə məlumat veriblər. Hadisə yerinə hüquq-mühafizə orqanları və təcili yardım briqadası cəlb olunub. İnsident nəticəsində 10 yaşlı S.A  yerindəcə ölüb, 6 yaşlı T.A və ata ağır vəziyyətdə  xəstəxanaya aparılıb. 

Məlum olub ki, 34 yaşlı Umudun psixoloji problemləri var. Həyat yoldaşından boşanma prosesində olan Umud qızları ilə vaxt keçirmək istədiyini bildirib və onları öz yaşadığı evə aparıb. 

Seymur Əli