İsrail Hərbi Hava Qüvvələrinin İranın Dəməşqdəki konsulluğuna endirdiyi zərbə cavabsız qalmayacaq.

"Unikal" xəbər verir ki, bunu İslam Respublikasının prezidenti İbrahim Rəisi deyib.

"Sionist rejim (İsrail) dəfələrlə uğursuzluqları və məğlubiyyətlərinə görə kor-koranə terrordan istifadə edir, lakin bilməlidir ki, bu cür qeyri-insani hərəkətləri ilə heç vaxt öz bədbəxt məqsədlərinə nail olmayacaq və bu qorxaq cinayət cavabsız qalmayacaq”,- deyə İran lideri qeyd edib.