Ukrayna Rusiyanın əsas neft emalı zavodunu PUA ilə vurub.

"Unikal" xəbər verir ki, bu barədə Tatarıstan respublikasının rəisi Rüstəm Minnixakov açıqlama verib.

O bildirib ki, Ukraynanın Rusiyanın ən böyük neft emalı zavodlarından biri olan və cəbhə xəttindən 1300 km aralıda yerləşən “Taneko” neftayırma zavodunu vurub.

Eyni zamanda, Ukraynaya məxsus pilotsuz uçuş aparatlarının (PUA) səhər saatlarında bölgədəki hədəflərə hücumu nəticəsində bir neçə nəfərin yaralandığı bildirilib.

Zərifə Nağıyeva