"Ukrayna hərbçiləri narkotikləri Almaniyadan alırlar".

"Unikal" xəbər verir ki, bu barədə Xerson vilayətinin qubernatoru Vladimir Saldo "Telegram" kanalında yazıb.

Onun sözlərinə görə, alman könüllüləri Ukrayna əsgərlərini narkotik və psixotrop maddələrlə təmin edir və bununla da onların “taleyini məhv edir”.

"Humanitar yardımla birlikdə Almaniyanın "Medical Response Crew" könüllü təşkilatının üzvləri hərbçiləri amfetamin və digər iyrənc əşyalarla təmin edirlər", - deyə o, yazıb. 

Saldo bildirib ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin əsir düşən əsgərləri danışıblar. 

"Ukrayna Silahlı Qüvvələrinin komandanlığı hər şeydən razıdır, çünki onlar narkotik alverindən gəlir götürürlər və bundan başqa, narkotik maddə olan əsgərlər onların əmrlərinə müqavimət göstərə bilmirlər”, - deyə Saldo yekunlaşdırıb.

Gülayə Mecid