Ukrayna NATO-ya üzv olacaq, məsələ bu məqsədə doğru aydın yol xəritəsi hazırlamaqdır.

"Unikal" xəbər verir ki,  bu sözləri ABŞ dövlət katibi Entoni Blinken deyib.

Fransanın xarici işlər naziri Stefan Sejournet ilə birgə mətbuat konfransında çıxışı zamanı Blinken Ukraynanın alyansa daxil olacağına əminliyini ifadə edib. "Bizim üçün sual bu qətnaməyə çatmaq üçün yaxşı və aydın bir yol xəritəsi hazırlamaqdır" deyə bildirib.