ABŞ Prezidenti Co Bayden Çin lideri Si Cinpinlə danışıqlar aparıb.

"Unikal" xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.

Liderlər Ukrayna və Koreya yarımadasındakı vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar.

Baysen və Si Cinpin Çin-Amerika münasibətləri və ümumi maraq doğuran məsələlərlə bağlı səmimi və dərin fikir mübadiləsi aparıblar.

Si Cinpin deyib ki,Vaşinqtonun Çinin texnoloji və iqtisadi inkişafını sıxışdırması Çin və ABŞ arasında münasibətlər üçün risklər yaradır. O qeyd edib ki, Pekin ölkəni inkişaf hüququndan məhrum etmək cəhdlərini cavabsız qoymayacaq.

O bildirib ki, Çin və ABŞ beynəlxalq koordinasiyanı gücləndirməlidir.