"Rusiya Federasiyası ilə münasibətlərimizdə heç bir səhv etməmişik".

"Unikal" erməni mediasına istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan partiya üzvləri ilə görşündə deyib.  

"Tərəfdaşlarımız nəyəsə işarə edib deyə bilməzlər ki, bizim burada filan öhdəliklərimiz olub və biz onları yerinə yetirməmişik. Biz qanuni məsələləri qaldırırıq və bu qanuni məsələlərə tutarlı cavablar gözləyirik. Bu cavab verilmədiyi üçün nə desələr də, məsələni həll etməyəcək”, - deyə Paşinyan qeyd edib.