Vaşinqton administrasiyası Tehranın bəyanatları ilə əlaqədar bildirir ki, ABŞ İsrailin Suriya paytaxtında İran konsulluğuna zərbə endirməsində heç bir şəkildə iştirak etməyib.

"Unikal" xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi jurnalistlər üçün keçirdiyi brifinqdə bildirib.

İranın ali dini lideri Ayətullah Əli Xameneinin siyasi müşaviri Əli Şamxani bir müddət əvvəl bildirib ki, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) iki generalının ölümünə səbəb olan İsrail Hərbi Hava Qüvvələrinin İran konsulluğuna endirdiyi zərbəyə görə birbaşa ABŞ məsuliyyət daşıyır. 

Jurnalistlər Kirbidən bu açıqlamaya münasibət bildirməsini istəyiblər.

"Açıq deyim. Dəməşqə zərbə ilə heç bir əlaqəmiz yox idi. Biz orada heç bir halda iştirak etməmişik", - deyə o cavab verib.