İran İslam İnqilabı Keşikçiləri Korpusu terror aktı törətməyi planlaşdıran İŞİD-Xorasan terror qruplaşmasının iki üzvünün həbs edildiyini açıqlayıb.

"Unikal" xəbər verir ki, bu barədə SEPAH teleqram kanalında məlumat paylaşıb. 

"İŞİD-Xorasan qruplaşmasının iki üzvü Qum şəhərindəki məbədə daxil olarkən terror əməliyyatı keçirməyi planlaşdırıb. Onlar saxlanılıblar", - deyə məlumatda bildirilir.