Yaponiya Meteorologiya İdarəsi Tayvanın şərq sahillərində baş verən 7,7 bal gücündə zəlzələdən sonra Okinava prefekturasında sunami xəbərdarlığını ləğv edib.

"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, yalnız dəniz səviyyəsində cüzi dəyişiklik ehtimalını əks etdirən proqnoz qüvvədə qalır.

Qeyd edək ki, Tayvanın şərq sahillərində 7,7 bal gücündə zəlzələ baş verib, ardınca 6,6, 6,3 və 6 bal gücündə afterşoklar qeydə alınıb.