Xəbər verdiyimiz kimi, Tayvan sahillərində baş verən zəlzələ son 25 ildə adanı vuran ən güclü zəlzələ olub.

"Unikal" xəbərə verir ki, yeraltı təkanların gücü 7,7 bala çatıb. Dörd nəfərin öldüyü məlum olsa da, 87 min ev işıqsız qalıb. Hualien qraflığında bir neçə binaya ziyan dəyib, insanların dağıntılar altında qaldığı bildirilir. Dünyanın ən böyük yarımkeçirici istehsalçısı TSMC bəzi fabriklərdən işçilərini evakuasiya etməyə başlayıb.

Təbii fəlakət anı isə kameralara anbaan əks olunub. Zəlzələnin yaratdığı dəhşəti təqdim edirik:  

Gülayə Mecid