Aİ-ni çətin günlər gözləyir.

"Unikal" xəbər verir ki, bu barədə Avropa Şurasının rəhbəri Şarl Mişel açıqlayıb. 

"Bizi ağlasığmaz çətinliklər və sınaqlar gözləyir. Avropa İttifaqını gücləndirmək və təhlükəsizliyi təmin etmək üçün mümkün olan hər şeyi etmək lazımdır", - deyə o bildirib.

Onun sözlərinə görə, Aİ Kiyevə yardımını qeyd-şərtsiz təsdiqləməlidir: "Biz nə qədər lazımdırsa, Ukraynanı dəstəkləyəcəyik. Bunun üçün biz bütün mümkün maliyyə və hərbi resursları səfərbər edəcəyik və siyasi yardımdan istifadə edəcəyik". 

Ağarza Elçinoğlu