"Ukraynalı yüksək rütbəli zabitlər deyirlər ki, hərbi mənzərə acınacaqlıdır və cəbhə xəttinin dağılması riski yüksəkdir.

"Unikal" xəbər verir ki, bu barəsdə "Politico" nəşri öz mənbələrinə istinadən məlumat yayıb. 

Nəşr yazır ki, amerikalı milyarder İlon Mask bu yaxınlarda Ukrayna cəbhəsində çökmə ehtimalı barədə xəbərdarlıq edib. Lakin Maskın proqnozu əslində Ukrayna prezidenti Volodimir Zelenskinin son günlər etdiyi qorxulu xəbərdarlıqlardan çox da fərqlənmir. Zelenskinin sözlərinə görə, bloklanmış çoxmilyardlıq paket tezliklə qəbul edilməsə, Kiyev qüvvələri “addım-addım, kiçik addımlarla geri çəkilməli olacaq”.

O, həmçinin bəzi böyük şəhərlərin dağılma riski ilə üzləşə biləcəyi barədə məlumat yayıb. 

Gülayə Mecid