Ağdaşda qonşular arasında baş verən münaqişə zamanı dava edən hər iki tərəf bir-birinə xəsarət yetirib.
DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan "Unikal"ın sorğusuna cavab olaraq bildirilib ki, şəxsi münasibətlər zəminində Ağdaş rayon sakini S.Sadəddinovla qonşusu arasında mübahisə yaranıb və onlar qarşılıqlı olaraq bir-birinə xəsarət yetiriblər. Müvafiq ekspertiza təyin edilib və hazırda faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, qonşular arasında döyülmə ilə nəticələnən hadisə Kotavan kəndində baş verib. Münaqişə iştirakçılarından biri olan Samit Sədəddinov xəstəxanaya yerləşdirilib.
Ehtiram Muradov