Buraxılış imtahanlarında 300 bal toplamaqla ən yüksək nəticə göstərən Amalya Əliyeva və Fatimə Qasımova Bakı Ali Neft Məktəbində (BANM) təhsil almaq arzusundadır. 

"Unikal" xəbər verir ki, Amaliya Şəki şəhər, Fizika-riyaziyyat və humanitar təmayüllü liseyin, Fatimə isə Bakı şəhər, 146 saylı orta məktəbin şagirdidir. Amalya Bakı Ali Neft Məktəbinin İnformasiya təhlükəsizliyi, Fatimə isə Kimya mühəndisliyi ixtisasında təhsil almağı arzulayır.