Gəncə xanı Cavad xan nəslinin nümayəndəsi Rza Cavadxani vəfat edib.
"Unikal" xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının ABŞ-dəki səfirliyi "X" platformasında paylaşım edib.
"Gəncə xanı Cavad xan nəslinin nümayəndəsi Rza Cavadxaninin əziz xatirəsini yad edirik", - paylaşımda deyilir.
Paylaşımda həmçinin, 2007-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rza Cavadxanini Prezident sarayında qəbul etdiyi xatırlanıb.
"O zaman Rza ata-baba yurduna gəlməkdən şərəf duyduğunu və Azərbaycanda bütün sahələrdə böyük inkişafa şahid olduğunu qeyd edib", - deyə səfirlikdən bildiriblər.
Azərbaycan Respublikasının ABŞ-dəki səfiri və səfirliyinin adından Rza Cavadxaninin ailəsinə başsağlığı verilib.