Prostat xərçəngi kişilərdə ən çox rast gəlinən xərçəng növüdür. Kişilərin  həyatı boyu prostat vəzi xərçənginə tutulma şansı 15-20% təşkil edir.

"Unikal" xəbər verir ki, prostat xərçəngi də kişilərdə ağciyər xərçəngindən sonra ikinci ən çox ölüm səbəbidir. Kişi xəstələrdə belə yüksək nisbətdə aşkarlanan və erkən yaşlarda ölümə səbəb olan bu xərçəng növünün diaqnostikası və müalicəsi urologiya sahəsində ən vacib məsələlərdən biridir.

Prostat xərçəngi skrininqi:

Prostat vəzi xərçənginin skrininqində istifadə edilən prostat spesifik antigen (PSA), barmaqla anal kanaldan müayinə (rektal müayinə) və anal ultrasəs (TRUS) xərçəng aşkarlama həssaslığına malikdir. Gündəlik praktikada tez-tez istifadə etdiyimiz və qandan yoxladığımız PSA testi normal həddə aşkarlansa belə, prostat xərçənginin olmasını istisna edə bilməz. Buna görə qan PSA dəyərləri tamamilə normal olan xəstələrdə xərçəng ehtimalı ola bilər. Anal nahiyədən barmaq ilə aparılan prostat müayinəsi daha çox prostat vəzi xərçənginin irəli mərhələlərində əlamətlər verir. Anal nahiyədən aparılan transrektal ultrasəs (TRUS) adlanan görüntüləmədə prostatın xərçəng hüceyrələrinin olduğu bölgələri ayırd etmək olmur. Bu səbəbdən ultrasəs cihazı ilə aparılan biopsiya zamanı xərçəng bölgələri gözdən qaçırıla bilər.

Multiparametrik prostat  MRT (mp-MRT)

Prostat xərçənginin diaqnostikasında istifadə olunan üsullar (PSA testi, rektal müayinə, transrektal ultrasəs müayinəsi ilə biopsiya) prostat xərçənginin erkən mərhələdə aşkarlanmasında yüksək məhdudiyyətlərə malikdir. Bu məhdudiyyət də  prostatı daha ətraflı göstərən xüsusi MRT texnikasının inkişafına səbəb oldu. 1990-cı illərdə inkişaf etdirilməyə başlayan və bu gün çox inkişaf etmiş texnoloji səviyyəyə çatan MRT texnikası multiparametrik prostat MRT (mp-MRI) adlanır. İntravenöz preparatlardan (venadaxili kontrast maddə) istifadə etməklə və bir çox mürəkkəb təsvirləri birləşdirərək yaradılmış bu müayinə üsulu prostatın anatomik quruluşunu daha ətraflı göstərir.

Multiparametrik prostat vəzi MRT müyinəsi Diaqnoz Tibb Mərkəzində!

Hazırda prostat vəzinin MRT texnikaları xeyli təkmilləşərək xəstəliyin diaqnoz və müalicə mərhələlərini yüksək səviyyəyə çatdırıb. Standart üsullarla müqayisədə MRT prostat vəzində xərçəng toxumasının yerini və xərçəng ehtimalını yüksək dəqiqliklə proqnozlaşdırmaq və birbaşa müalicə imkanı verir. 2014-cü ildə hazırlanmış PI-RADS v2 (Prostat Görüntüləri-Hesabat və Məlumat Sistemi) təsnifat sistemi ilə MRT görüntüləri 1-dən 5-ə kimi təsnif edilir (5 xərçəngdən ən çox şübhələnən sahədir). Bu təsnifat sayəsində MRT cihazı ilə çox etibarlı nəticələr əldə edilir. Multiparametrik MRT-də xərçəngli sahələri daha ətraflı tədqiq etmək  imkanı verən PI-RADS v2 təsnifatı xərçəngi 90%-dən çox dəqiqliklə aşkar edir. PI-RADS v2 aşağıda kimi təsnifatlandırılır.

PI-RADS 1 - Çox aşağı risk
PI-RADS 2 - Aşağı risk
PI-RADS 3 - Orta risk (xərçəng üçün şübhəli)
PI-RADS 4 – Yüksək risk
PI-RADS 5 - Çox yüksək risk

Multiparametrik prostat  MRT  müayinəsindən istifadə:

Prostat vəzinin MRT-si prostat toxumasında xərçəng hüceyrələrini 90%-dən çox dəqiqliklə göstərir. Bu şəkillərin başqa bir əhəmiyyəti də ondan ibarətdir ki, onlar prostat vəzindən toxuma nümunəsi götürülərkən, yəni biopsiya zamanı da istifadə oluna bilər. Bu texnika 3 fərqli şəkildə tətbiq oluna bilər:

1. MR-TRUS füzyon biopsiyası texnikası
Nümunə götürmə əvvəllər proqram təminatının köməyi ilə əldə edilmiş rektal ultrasəs görüntüləri ilə xərçəng ocaqlarının qeyd olunduğu MRT görüntülərinin üst-üstə qoyulması (füzyon) vasitəsilə hədəf bölgədən aparılır. MRT və ultrasəs görüntülərini birləşdirərək 3 ölçülü virtual prostat toxuması yaradılır və şübhəli nahiyədən biopsiya götürülə bilər. Klinik təcrübəmizdə ən çox istifadə etdiyimiz üsuldur.

2. 'İn-Bore' biopsiya texnikası
Xəstə MRT cihazında olarkən anesteziya tətbiq edilərək şübhəli nahiyədən nümunə götürülür. Texniki cəhətdən həyata keçirilməsi çətin bir üsuldur.

3. Koqnitiv füzyon biopsiyası texnikası

Bu, anal nahiyədən aparılan standart ultrasəslə idarə olunan biopsiyada əvvəllər MRT-də aşkar edilmiş şübhəli sahələrin istifadəsidir.

Çağrı mərkəzi: 904 Mobil: (+994 55) 754 43 03 E-mail: [email protected]

Ünvan: Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Sarayevo küçəsi 38C