İsrail dünya üzrə 28 səfirliyinin işini dayandırıb.

"Unikal" xəbər verir ki, bu barədə "Sky news - Arabiya" məlumat yayıb. 

Nəşrin məlumatına görə, hakimiyyət bu qərarı İrandan gələn xəbərdarlıqlar, xüsusən də onun Dəməşqdəki konsulluğuna zərbə endirmək təhdidləri ilə əlaqədar verib.

Bundan əvvəl İsrailin baş naziri Benyamin Netanyahu bildirib ki, İran illərdir həm birbaşa, həm də öz vəkilləri vasitəsilə İsrailə qarşı fəaliyyət göstərir, ona görə də İsrail cavab zərbəsi endirməli olub.

Gülayə Mecid