Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXIX tura start verilib.
"Unikal" xəbər verir ki, günün yeganə matçında "Araz-Naxçıvan" və "Kəpəz" üz-üzə gəlib. Görüş qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Hesabı 16-cı dəqiqədə meydan sahiblərinin heyətindən Miço Kuzmanoviç açıb. 54-cü dəqiqədə Junior Martins tablodakı rəqəmləri bərabərləşdirib. Matçın yekun nəticəsini 62-ci dəqiqədə Mate Kvirkviya müəyyənləşdirib.
Bu nəticədən sonra "Araz-Naxçıvan" 32 xalla 8-ci, xallarını 30-a yüksəldən "Kəpəz" isə doqquzuncu pillədə qərarlaşıb.
Qeyd edək ki, turun digər oyunları aprelin 6-7-də keçiriləcək.