Qusar rayonunda yük avtomobili yolda işləyən fəhləni vurub öldürüb.
"Unikal"ın məlumatına görə, hadisə Bakı-Quba-Rusiya ödənişli avtomagistralın Qusar rayonu ərazisindən keçən hissəsində baş verib.
Belə ki, həmin ərazidə elektrik xətlərində təmir işləri aparan Bakı şəhər sakini, 1970-ci il təvəllüdlü Abdullayev Şakir Sadıq oğlunu "TIR" vurub. Nəticədə yaralı aldığı bədən xəsarətlərindən hadisə yerindəcə ölüb.
Faktla bağlı araşdırma aparılır.
Xanlar Qaraca