Göygöldə 36 yaşlı qadın hamam otağının qarşısında yıxılaraq ölüb.
"Unikal" xəbər verir ki, hadisə Göygöl şəhərinin Dilqəm Verdiyev küçəsində qeydə alınıb.
Belə ki, 1988-ci il təvəllüdlü Könül Qədimovanın meyiti yaşadığı evin hamam otağınım qarşısında taplıb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Məlumata görə, K.Qədimova şəkərli diabet xəstəliyindən əziyyət çəkirmiş.
Faktla bağlı araşdırma aparılır.
Tural Əhmədov