Almaniyanın "Verder" klubu yarımmüdafiəçisi Nabi Keytanı cəzalandırıb.
"Unikal" Bremen təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, sözügedən oyunçu Bundesliqanın 29-cu turunda keçirilən görüşə - "Bayer Leverkuzen"lə səfər qarşılaşmasına (0:5) getməkdən imtina etdiyi üçün cari mövsümün sonuna qədər heyətdən kənarlaşdırılıb.
Klub öz maraqlarını klubun hədəflərindən üstün tutan 28 yaşlı oyunçunu müəyyən məbləğdə cərimələdiyini də açıqlayıb.