İsrail İrana qarşı cavab zərbəsi ilə bağlı planlarını ABŞ-la bölüşməyib.
"Unikal" xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller deyib.
Jurnalistlər üçün keçirdiyi brifinqdə Dövlət Departamentinin sözçüsündən İsrailin ABŞ-yə İranın hücumuna cavab olaraq hansı addımları atmağı planlaşdırdığını bilib-bilməməsi soruşulub.
"Onlar bizə məlumat verməyiblər", - deyə Miller cavab verib.