Sena çayı üzərindəki tədbir üçün təhlükə yaranarsa, Olimpiya Oyunlarının açılış mərasimi Stade de France-a köçürüləcək.
“Unikal” Reuters-ə istinadən xəbər verir ki, bu sözləri Fransanın idman naziri Ameli Oudea-Kastera bildirib.
"Mütləq fəlakət ehtimalı olsaydı, protokolla ciddi şəkildə məhdudlaşdırılan bir mərasimi təsəvvür etmək olardı” deyə nazir qeyd edib.
Olimpiya Oyunlarının açılış mərasiminin 2024-cü il iyulun 26-da keçirilməsi planlaşdırılır. Ssenariyə görə açılış mərasimi Sena çayında baş tutacaq. İştirakçı komandaların nümayəndə heyətlərini 160-dan çox qayıq daşıyacaq.