İspaniyanın "Barselona" klubunun və Niderland millisinin futbolçusu Frenki de Yonq Avropa çempionatını buraxa bilər.
"Unikal" xəbər verir ki, buna 27 yaşlı yarımmüdafiəçinin La Liqanın 32-ci turunda "Real Madrid"lə oyunda (2:3) topuğundan zədə alması səbəb olub.
Mövsümü erkən başa vuran De Yonqun məşqlərə nə vaxt qayıdacağı və qitə birinciliyində iştirakı hələlik sual altındadır.
Qeyd edək ki, Avropa çempionatı iyunun 14-dən iyulun 14-nə kimi Almaniyanın 10 şəhərində təşkil olunacaq.