“Persepolis”in sabiq çalışdırıcısı və hazırda futbol üzrə İran milli komandasının texniki heyətinin üzvü “Traktor”un müvəqqəti baş məşqçisi seçilib.
"Unikal" İran KİV-ə istinadən xəbər verir ki, Təbriz Klubunun rəsmiləri Həmid Motaharini komandanın müvəqqəti baş məşqçisi kimi seçiblər.
Yəhya Qolməhəmmədini özünə cəlb etmək istəyən traktorçular, onun bu komandada olması ilə bağlı problemlər həll olunana qədər Motahari bu vəzifəni yerinə yetirəcək.
Ağarza Elçinoğlu