Argentina millisinin sabiq hücumçusu Karlos Teves xəstəxanaya yerləşdirilib.
"Unikal" xəbər verir ki, 40 yaşlı keçmiş futbolçu döş qəfəsindəki ağrılar səbəbindən xəstəxanaya aparılıb. O, tezliklə müayinədən keçəcək. Argentinalı hazırda xəstəxanadadır.
Qeyd edək ki, K.Teves "İndependiente"ni çalışdırır. Məhz klub mütəxəssisin xəstəxanaya yerləşdirildiyini elan edərək, müayinənin ilkin nəticələrinin “qənaətbəxş” olduğunu bildirib. Teves özü hələlik baş verənlərlə bağlı açıqlama yaymayıb.
O, futbolçu kimi “Mançester Yunayted”, “Mançester Siti” və “Yuventus”da çıxış edib. Hücumçu üçqat İngiltərə çempionu olmaqla yanaşı, Çempionlar Liqasının qalibi və ikiqat İtaliya çempionudur.