Antiterror əməliyyatından sonra özünü buraxan separatçı rejimin nümayəndəsi Artak Beqlaryan Parisdə medalla təltif edilib. 

"Unikal" erməni KİV-ə istinadən xəbər verir ki, Paris meri Ann Hidalqo "Artsax İttifaqı"nın prezidentini şəhərin ən yüksək dərəcəli medalı olan “Böyük Vermeyl” medalı ilə təltif edib. 

Paris meri də ermənilərlə bərabər bir sıra əsassız ittihamlar səsləndirərək separatçılığı dəstəklədiyini bir daha nümayiş etdirib. 

Maraqlıdır ki, Paris merinin özünü buraxmış terrorçu rejimin nümayəndəsini hansı əməlinə görə təltif etdiyi açıqlanmayıb. 

Ağarza Elçinoğlu