Bakı şəhərində doqquzmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində yaşayan 1985-ci il təvəllüdlü M.Hüseynova yaşadığı mənzilin eyvanından binanın 1-ci mərtəbəsində yerləşən artırmanın damına yıxılaraq köməksiz vəziyyətdə qalıb.
"Unikal" xəbər verir ki, xilasedicilər köməksiz vəziyyətdə qalmış vətəndaşı damdan düşürərək təcili tibbi yardım briqadasına təhvil veriblər.