Rusiya Silahlı Qüvvələrinin qarşıdakı raket təlimləri Qərbin Ukraynaya qoşun yeritmək barədə bəyanatları ilə əlaqələndirilir.  

"Unikal" xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov deyib.

"Söhbət cənab Makron və Britaniya nümayəndələrinin bəyanatından gedir. Bilirsiniz, onlar ABŞ Senatının, səhv etmirəmsə, Ukraynaya silahlı kontingent göndərməyə hazırlığından və hətta niyyətindən danışan bir nümayəndəsini də əlavə ediblər", - deyə Peskov qeyd edib. 

Ağarza Elçinoğlu