Bu gün Misli Premyer Liqasında 33-cü tura yekun vurulub.
"Unikal" xəbər verir ki, son oyun günündə 1 matç keçirilib.
"Səbail" öz meydanında "Qəbələ"ni qəbul edib. Matçda "Qəbələ" 3:2 hesablı qələbə qazanıb.
Bu görüş ötən tur mövsümü sonuncu yerdə tamamlayacağı rəsmiləşən "Qəbələ" üçün formal xarakter daşıyırdı. 6-cı pillədə qərarlaşan "Səbail" isə yuxarı pillələr üçün iddiasını davam etdirir.