“Sumqayıt”ın “Barselona”nın düşərgəsində təcrübə keçən baş məşqçisi Samir Abasovla Xavi arasında maraqlı dialoq olub.
"Unikal" xəbər verir ki, məşqçilər 2009-cu ildə keçirilən Azərbaycan - İspaniya oyunu haqda danışıblar. Həm Abasov, həm də Xavi oyunçu kimi həmin matçda forma geyiniblər.
Xavi oyunun hesabını soruşduqda, Abasov gülərək məşqçidən bu sualı soruşmamasını xahiş edib.
Qeyd edək ki, oyun 6:0 ispanların xeyrinə başa çatmışdı.