Misli Premyer Liqasında mövsümün tamaşaçı rekordu qeydə alınıb.
"Unikal" PFL-in saytına istinadən xəbər verir ki, bu, 32-ci turun “Sumqayıt” – “Qarabağ” matçında baş verib.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionundakı görüşü 9300 tamaşaçı izləyib. Bu, çempionatın gerdiə qalan hissəsi üçün ən yüksək göstəricidir.
Buna qədər rekord “Sumqayıt” – “Neftçi” matçına təsadüf etmişdi. 21-ci turun qarşılaşmasında 8100 tamaşaçı qeydə alınıb.
Qeyd edək ki, “Sumqayıt” ev matçında 1:0 hesablı qələbə qazanıb.