“Bu, indiyədək əldə etdiyim ən uğurlu nəticəm oldu”.
"Unikal" xəbər verir ki, bunu Yunanıstanın Rodos adasında təşkil edilən Avropa çempionatında qızıl medal qazanan Azərbaycanın qadın şahmatçısı Ülviyyə Fətəliyeva deyib.
O, yarışı birinci pillədə başa vurduğu üçün sevincli olduğunu bildirib: “Sadəcə, öz oyunuma fokuslanmışdım. Müdafiəni düzgün qurdum. Lakin həm mən, həm də gürcüstanlı rəqibim Nina Batsiaşvili müəyyən səhvlərə yol verdik. Hər şeyə baxmayaraq, Avropa çempionatı mənim üçün yaxşı macəra oldu. Uzun müddətdir bu uğura nail olmaq istəyirdim. Amma hər dəfə məğlubiyyətlə üzləşirdim. Avropa çempionatından öncə dostlarımla bu barədə danışmışdım. Onlar da bilirdilər ki, bu turnirdə heç bir ambisiyam yox idi”.
Qeyd edək ki, Ülviyyə Fətəliyeva şəxsi Avropa çempionatında qızıl medal qazanan ilk azərbaycanlı xanım şahmatçı kimi tarixə düşüb.