Kişi voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Tural Həsənli karyerasını bitirib.
"Unikal" xəbər verir ki, bu barədə Azərtac-a oyunçu özü məlumat verib. O, bildirib ki, bundan sonra qadınlardan ibarət əsas yığmanın məşqçilər korpusunda yer alacaq.
Tural Həsənlinin ötən il “Panatinaikos”a qarşı Çağırış Kubokunun 1/16 final mərhələsinin Yunanıstanda baş tutan cavab oyunu (1:3) ərəfəsində səhhətində problem yaranmışdı. Oyunçu daxili qanaxması olduğu üçün əməliyyat keçirmişdi.
Qeyd edək ki, Tural Həsənli karyerası ərzində “Neftçi”, “Binəqədi”, “Sərhədçi”, “Lokomotiv Bakı”, “Qrombri Qloqov” (Polşa), “Karava” (Kipr) və son olaraq “Xarı Bülbül Şuşa” komandalarının formasını geyinib.