"Brest" tarixində ilk dəfə avrokuboklarda çıxış edəcək.
"Unikal" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Son turda "Renn" üzərində 5:4 hesabı ilə qalib gələn Breton təmsilçisi Fransa çempionatında ilk "beşlik"də yerini təmin edib. Komanda hazırkı yerini - üçüncü pillədəki mövqeyini qoruya bilsə, birbaşa Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanacaq.
"Brest" növbəti oyununu şənbə günü, mayın 4-də öz meydanında “Nant”a qarşı keçirəcək.