"Milan"ın müdafiəçisi Simon Ker cari mövsümün sonunda klubdan ayrılacaq.
"Unikal" xəbər verir ki, bu barədə onun meneceri məlumat yayıb.
Klub Simonla cari mövsümün sonunda başa çatacaq müqaviləni yeniləməkdən imtina edib. Tərəflər qarşılıqlı şəkildə yolları ayırmağa qərar veriblər.
37 yaşlı futbolçu “Milan”a 2020-ci ildə keçmişdi. O vaxtdan bəri Simon 120 oyuna çıxıb, bir qol vurub və 3 məhsuldar ötürmə edib